AZ

Bu ölkə aya enişi PLANLAŞDIRIR - NASA-nın müvəqqəti rəhbəri

ABŞ prezidenti Donald Trampın vəzifə müddəti bitməmiş ölkənin Aya astronavt göndərəcəyi gözlənilir. Bu barədə ABŞ Nəqliyyat naziri və NASA-nın müvəqqəti rəhbəri Şon Daffi Fox News-a açıqlamasında bildirib.

News24.az xəbər verir ki, “Gələn il Aya qayıdacağıq, lakin eniş etməyəcəyik, sadəcə Ayın ətrafında dövrə vuracağıq. Təxminən bir il sonra isə Aya enəcəyik və bu Trampın prezidentliyi dövründə baş verəcək,” — deyə Daffi vurğulayıb. O əlavə edib ki, sonrakı mərhələdə Ayda baza düşərgəsi qurulacaq: “Biz Ayda qalacağıq. Ayda öyrəndiklərimiz bizi Marsa aparacaq.”

NASA 2019-cu ilin yazında “Artemida” Ay proqramını təqdim etmişdi. Proqram üç mərhələdən ibarətdir:

Artemida I — Orion kosmik gəmisinin pilotsuz şəkildə Aya yaxın uçuşu və Yerə qayıdışı (2022-ci ilin noyabr-dekabr aylarında həyata keçirilib);

Artemida II — ekipajla Ayın ətrafında uçuş;

Artemida III — astronavtların Aya enişi və sonrakı Mars missiyasına hazırlıq.

Başlanğıcda Artemida II və III üçün tarixlər müvafiq olaraq 2022 və 2024-cü illər nəzərdə tutulmuşdu. Lakin proqram bir neçə dəfə təxirə salınıb. NASA son olaraq bu mərhələləri 2026-cı ilin aprelinə və 2027-ci ilin ortalarına təxirə salıb.

Xeyrənsə Piriyeva

Seçilən
50
news24.az

1Mənbələr