AZ

Zelenski açıqladı: ABŞ ilə razılıq əldə olundu

Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Publika.az xəbər verir ki, Ukrayna lideri ABŞ ilə silah tədarükü razılaşmalarının fundamental prinsipləri barədə razılığa gəldiklərini açıqlayıb.

Zelenski Ukraynanın ehtiyacı olan silahların alınması üçün çalışdıqlarını və Ukraynanın müdafiə naziri Denis Şmıqalın bu mövzuda müttəfiqləri ilə müzakirələri davam etdirdiyini bildirib:

“Bu gün ABŞ ilə silah müqavilələrinin fundamental prinsipləri ilə bağlı razılığa gəldik. ABŞ prezidenti Donald Trampla hərtərəfli razılaşmalar barədə danışdım və inanıram ki, biz onları həyata keçirə bilərik. Bu addım həm ölkəmizi, həm də müttəfiq və tərəfdaşlarımızı gücləndirəcək".

Seçilən
6
publika.az

1Mənbələr