AZ

Tarixin ən bahalı transferi reallaşdı - Osimhen "Qalatasaray"da!

Türkiyənin "Qalatasaray" klubu İtaliya A Seriyasının çempionu "Napoli"nin hücumçusu Viktor Osimhenin transferini reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı ulduz artıq İstanbula gəlib.

Transferin təfərrüatları açıqlanmasa da, mətbuatda yayılan xəbərlərə görə, Türkiyə nəhəngi ulduz futbolçu üçün 75 milyon avro ödəyib ki, bu da klub tarixinin ən bahalı transferidir.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "sarı-qırmızılar"ın heyətində çıxış edib. O, "Qalatasaray"ın heyətində 41 matça çıxaraq 37 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
7
fanat.az

1Mənbələr