AZ

Mədəniyyət naziri Şəmkirdə vətəndaşların müraciətini dinləyəcək

Bakı, 31 iyul, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli avqustun 29-da, saat 10:00-da Şəmkir rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar avqustun 22-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Seçilən
44
39
azertag.az

10Mənbələr