AZ

Vitkof İsrailə gedir

"The Guardian" qəzetinin məlumatına görə, o, səfər çərçivəsində İsrailin hökumət nümayəndələri ilə görüşərək, Qəzza zolağındakı cari vəziyyət, HƏMAS-la atəşkəs danışıqlarının gedişi ətrafında müzakirə aparacaq.
Ottavanın qərarı Trampı qəzəbləndirib

Stiv Vitkofun səfəri bir sıra ölkənin, o cümlədən Kanada və Britaniyanın Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı qərarları fonunda baş verir. Belə ki, ABŞ Prezidenti Donald Tramp belə bir addım iranyönümlü HƏMAS terror təşkilatını "mükafatlandırmaq" deməkdir. İstisna deyil ki, Vitkof keçirəcəyi görüşlərdə bu məsələyə də toxunacaq.

Firudin Həmidli
AzVision.az
Seçilən
25
1
azvision.az

1Mənbələr