Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi Qonsalo Qarsiya Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Zirə"yə qarşı Splitdə keçirəcəkləri cavab oyunu (ilk oyun - 1:1) haqda fikirlərini bölüşüb.
Sportal.az “Index.hr” portalına istinadən xəbər verir ki, ispan mütəxəssis “Zirə”yə qarşı matç haqda bunları deyib: “Çox çalışırıq və meydana qələbə qazanmaq üçün çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Ola bilsin ki, müəyyən dəyişikliklər edək, amma əsas odur ki, hazır olaq və hücum futbolu oynayaq. Təhlükəli, aqressiv və üstün olmaq istəyirik”.
Qeyd edək ki, "Hayduk" - "Zirə" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.
saytlarin hazirlanmasi