AZ

Çimərlikdə bu qidalar zəhərlənmə yaradır — XƏBƏRDARLIQ

İsti hava şəraitində qida məhsullarının saxlanma və daşınma qaydalarına riayət olunmaması ciddi sağlamlıq problemlərinə yol aça bilər. Yay aylarında xüsusilə həftəsonları çimərliklərə üz tutan vətəndaşlar arasında piknik mədəniyyəti geniş yayılıb. Lakin düzgün qablaşdırılmayan və uzun müddət açıq havada saxlanılan bəzi qidalar mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida üzrə ekspert Ağa Salamov bildirib ki, yay aylarında qida zəhərlənmələri arasında riskli qidalardan ən başlıcası toyuq, ət, balıq və mayonezdir.

Ağa Salamovun sözlərinə görə, mayonezdən hazırlanan salatları bəzən çimərliyə aparırlar. Şənbə-bazar yollarda tıxac olur. Tıxaclarda yük yerində qalan mayonezdən hazırlanmış salatlar, kabab üçün olan ətlərdə çimərliyə çatana qədər mikrobioloji çirklənmə baş verir. Bu zaman da qida zəhərlənməsi baş verir. Bu doğru bilinən yalnışlardan biridir.

Ekspert qeyd edib ki, ona görə də mayonezsiz, zeytun yağından hazırlanmış salatlara üstünlük verilməlidir. Soyuducu ilə təchiz olunmuş maşın varsa, ora mayonez qoyub apara bilərlər. Risk daşımamaq üçün əti dənizkənarına yaxın yerdən alıb həmən orada bişirib yeməlidirlər. Ya da ictimai iaşə obyektlərində oturub yeməlidirlər. İnsanlar məsələn, Nizamidən Novxanıya, çimərliyə gedir, həftə sonları tıxac olur. Gedən kimi kabab çəkmir ki, üzür, dincəlir, çay içir. Ət də orada öz işindədir, bakteriya yükü çoxalır. Bu da zəhərlənməyə gətirib çıxarır.

Dəniz Pənahova

Seçilən
23
tribunainfo.az

1Mənbələr