AZ

Pezeşkianın “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi: Onun Şuşaya səfəri...

İranın prezidenti Məsud Pezeşkian “Zəngəzur dəhlizi”nin açılmasını əhəmiyyətsiz mövzu hesab edir.

Publika.az xəbər verir ki, bu sözləri “NEWS.am”a müsahibəsində beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan deyib.

O qeyd edib ki, İranda ciddi hadisələr baş verir və bu gün ölkənin siyasi elitası iki yerə bölünüb.

“Prezident Pezeşkian başda olmaqla islahatçılar artıq “Zəngəzur dəhlizi”nin açılmasına o qədər də qəti etiraz etmirlər. Üstəlik, Pezeşkian bir gün əvvəl çox qalmaqallı açıqlama verib və deyib ki, İranın şimal-qərb sərhədində marşrutların bərpası məsələləri xırda məsələlərdir və narahat olmağa dəyməz. Yəni İran prezidenti “Zəngəzur dəhlizi”nin açılmasını əhəmiyyətsiz mövzu hesab edir”, - Balsanyan deyib.

Ekspert qeyd edib ki, Ayətullah komandası və İslam İnqilabı Keşikçiləri Korpusu əks mövqe tutur və Pezeşkianı kəskin tənqid edərək, dəhlizin açılmasının İran üçün dağıdıcı nəticələrinə işarə edir.

Seçilən
8
6
publika.az

7Mənbələr