AZ

Arif Babayevin oğlu: "Gözlərini aça bilmir, yanında olduğumu da hiss etmir"

"Dünən günorta da, gecə də yanına getdim. Artıq həkimlər yaxşı heç nə demirlər".. 

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.

Y.Babayev əlavə edib ki, A.Babayevin vəziyyətində heç bir irəliləyiş yoxdur:
"Gözlərini aça bilmir, reaksiyaları zəifləyib. İndi yanında olduğumu da hiss etmir".

Mərkəzi Klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Arif Babayevin vəziyyəti ağır olaraq qalır:
"Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir"

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr