AZ

“Ulduz müharibələri” filminin fanatlarına sürpriz

Rejissor Corc Lukas San Dieqoda keçirilən "Komik-Kon" tədbirində şəxsi muzeyinə dair ilkin detalları açıqlayıb

Kulis.az xəbər verir ki, layihəsi çinli memar Ma Yansonqa məxsus olan muzeyin sahəsi 10 min kvadratmetrə yaxındır.

Muzey Los-Ancelesdə "Memorial Coliseum" stadionu ilə Cənubi Kaliforniya Universiteti arasında yerləşəcək.

Muzeydə "Ulduz döyüşləri" film seriyasına aid eksponatlar və Lukasın şəxsi kolleksiyasından Frida Kahlo, Norman Rokvel, R.Krumb və Cek Kirbi kimi sənətçilərin əsərləri sərgilənəcək.

Qeyd edək ki, pandemiya və texniki səbəblərə görə bir neçə dəfə təxirə salınan layihənin 2026-cı ildə tam hazır vəziyyətdə istifadəyə verilməsi planlaşdırılır.

Seçilən
13
kulis.az

1Mənbələr