AZ

Afrikada 80 minə yaxın uşaq vəba risqi ilə üz-üzədir - UNICEF


BMT-nin Uşaq Fondu (UNICEF) çərşənbə günü, iyulun 30-da bildirib ki, yağışlı mövsümün başlaması ilə Qərbi və Mərkəzi Afrikada təxminən 80 min uşağın vəba xəstəliyinə yoluxma riskinin yüksək olduğu təxmin edilir. Təşkilatın rəsmi açıqlamasında deyilir ki, bu barədə UNICEF-in Qərbi və Mərkəzi Afrika üzrə regional direktoru Gilles Faqninou bildirib. O qeyd edib ki, güclü yağışlar, geniş yayılmış daşqınlar və yüksəksəviyyəli yerdəyişmə vəbanın ötürülməsi riskini artırır və uşaqların həyatını riskə atır.

Vəba bakteriya ilə çirklənmiş qida və ya su istehlakı nəticəsində yaranan kəskin ishal infeksiyasıdır. Xəstəlik oral rehidrasiya məhlulu və antibiotiklərlə müalicə edilir, amma həkimə müraciət etmədikdə, bir neçə saat ərzində ölümcül ola bilər.

Mətləb Salahov

Seçilən
42
baki-xeber.com

1Mənbələr