AZ

“Kəpəz”dən ayrılan futbolçu Qazaxıstan klubunda

“Kəpəz”dən ayrılan Eqor Xvalkonun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, belaruslu müdafiəçi “Tobol”a keçib. Bu barədə Qazaxıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.

Xvalko 2022-2025-ci illərdə “Kəpəz”in formasını geyinib. O, Gəncə təmsilçisi ilə Premyer Liqada 95 oyunda 3 qol vurub.

Seçilən
24
futbolpress.az

1Mənbələr