Respublika Klinik Xəstəxanasının həkimi dünyasını dəyişib.Metbuat.az xəbər verir ki, xəstəxananın həkim-ümumi cərrahı Azər Yusifzadə 63 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1986-cı ildən Respublika Klinik Xəstəxanasında çalışırdı.