BAKI, 31 iyun. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektləri arasında ən yüksək ixrac göstəricisi Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə aid olub. Belə ki, dövr ərzində şirkət 211,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə 185,9,5 milyon ABŞ dolları təşkil edib.
Əlavə olaraq, dövr ərzində “SOCAR Polymer” MMC-nin ixracı 129 milyon ABŞ dolları təşkil edib. MKT İstehsalat Kommersiya MMC 56 milyon dəyərində məhsul ixracı reallaşdırıb.
“AzerGold" QSC 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ixracını 54,5 milyon dollar və ya 2 dəfədən çox artıraraq 100,3 milyon dollara çatdırıb.
“Azəralüminium” MMC-nin 2025-ci ildə ixracı ötən ilin göstəricisinə (72,6 milyon) nisbətən 8%-ə yaxın azalaraq 67 milyon dollar təşkil edib.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin də ixracı 2024-cü ilə nisbətən (32 milyon) 40%-ə yaxın azalaraq 19,4 milyon dollara enib.
“Azərbaycan Dəmir Yolları” QSC də ixracını 9 dəfəyə yaxın artırıb. Şirkət dövr ərzində 1,5 milyon dollarlıq ixrac reallaşdırıb. ADY-nin ötən il ixrac göstəricisi isə 174 min dollar olub.
Bundan əlavə, Naxçıvan MR Dövlət Energetika Xidmətinin ixracı 18%-ə yaxın azalaraq 423,1 min dollar təşkil edib (2024 -498,3).
Qeyd edək ki, bu il qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlər arasına yeni şirkətlər qoşulub. Belə ki, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi 2025-ci ilin yanvar-may aylarında 34,5 milyon dollar, “SOCAR-DALĞIC” MMC 1,9 milyon, İSTİSU Mineral Su Zavodu isə 562,4 min dollar dəyərində ixrac həyata keçirib.