
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampa gömrük rüsumları ilə bağlı razılaşma çərçivəsində Avropa İttifaqı üçün yerinə yetirilməsi mümkün olmayan şərtlər təklif edib. Bu barədə Almaniyanın Bild qəzeti Avropa Komissiyasındakı mənbələrə istinadən yazır.Mənbələrin sözlərinə görə, Aİ nə ABŞ-da frakinqlə hasil olunan qazı iri miqdarda ala, nə də öz şirkətlərini Amerikanın iqtisadiyyatına investisiya yatırmağa məcbur edə bilər.Tramp Avropa ilə yeni tarif razılaşmasını elan edərək ABŞ qazı, nefti və silahlarının Aİ tərəfindən kütləvi şəkildə alınacağını, eyni zamanda Amerika iqtisadiyyatına böyük sərmayələrin yatırılacağını iddia edib. Lakin fon der Lyayenin bu vədləri yerinə yetirə bilməyəcəyi və bu vəziyyətin Trampı qəzəbləndirə biləcəyi vurğulanır.Qeyd olunur ki, bu vəziyyət Ursula fon der Lyayenin sələfi Jan-Klod Yunkerin vaxtındakı hadisəni xatırladır: O da Trampa ABŞ-dan çoxlu miqdarda soya alacağına söz vermişdi, lakin reallıqda heç nə alınmamışdı – çünki bu cür qərarlar onun səlahiyyətində deyildi.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO