AZ

Okan Buruk: ''Ən rahat çempionluğumuzu Mourinyonun dönəmində qazandıq''

Ardıcıl 3 il çempion olmaqla ''Qalatasaray''ın tarixində iz buraxan Okan Buruk ''Tivibu Spor'' kanalına açıqlamalar verib.

O, bu müddətdə ''Fənərbaxça''nı çalışdırmış Jorje Jezuş, İsmayıl Kartal və Joze Mourinyodan hansına qarşı rəqabət aparmağın daha çətin olması ilə bağlı suala cavab verib. Eləcə də Mourinyo ilə münasibətlərindən danışaraq ''yeni mövsümdə bir-birinizə salam verəcəksizmi'' sualını cavablandırıb:
''Hər üç məşqçiyə qarşı da asan olmadı. Hamısına qarşı mübarizə aparmaq həm çətin, həm də maraqlı idi. İkinci çempionluğu son turda rəsmiləşdirdik. Birinci və üçüncü çempionluğu nisbətən asan qazandıq. Ancaq bu üçünün arasında xal fərqi baxımından ən rahat çempionluq ötən mövsümkü idi. Həm də 5-ci ulduzu və ardıcıl 3-cü çempionluğu qazanmaq baxımından ötən mövsümkü zəfərimiz daha dəyərli idi. Adətən ev sahibi komandanın məşqçisi qonaq komandanın məşqçisinin yanına gedib salamlayır. Bizim ev sahibi olduğumuz matçda mən Mourinyonun yanına getdim. Yerindən qalxmaq istəmədi. Onu qalxmağa məcbur etdim. İlk dövrədəki oyunda o da yanıma gəlmişdi. Elə matçdan sonra da bir-birimizin əlini sıxmışdıq. Ancaq kubokdakı oyundan öncə yanıma gəlmədi. Final fitindən sonra isə xoş olmayan bir olay yaşandı. Mən eqolu insan deyiləm. Barışın tərəfdarıyam. Yanına da gedərəm, əlimi də uzadaram. Biz digərlərinə örnək olmalıyıq. Ona əl uzatmaqda heç bir problem görmürəm''.
Seçilən
15
football-plus.az

1Mənbələr