AZ

“JPMorgan Chase” müştəriləri hesablarını kripto pul kisələrinə bağlaya biləcəklər

Amerika bankı “JPMorgan Chase” və kriptovalyuta birjasının sahibi “Coinbase Global” şirkəti bankın müştərilərinin bank hesablarını “Coinbase” kripto pul kisələrinə birləşdirə biləcəkləri barədə müqavilə imzalayıb. Bu barədə “Financial Times” (FT) və “Bloomberg” məlumat yayıb.

FT-nin qeyd etdiyi kimi, bu, kriptovalyuta sektoru ilə ənənəvi maliyyə arasındakı əlaqələri gücləndirəcək. Xatırladaq ki, bu payızdan etibarən “JPMorgan Chase” müştəriləri “Coinbase” vasitəsilə kriptovalyuta almaq üçün kredit kartlarından istifadə edə biləcəklər, gələn ildən isə kredit kartındakı mükafatlarını “Coinbase”ə köçürə biləcəklər.

“Bu, ilk dəfədir ki, kredit karları üzrə mükafat proqramı kripto pul kisəsini maliyyələşdirmək üçün istifadə olunacaq”, – deyə “JPMorgan Chase” və “Coinbase Global” bildirib. Onlar vurğulayırlar ki, kredit kartı üzrə toplanan 100 bal 1 dollara bərabər olacaq, onun vasitəsilə rəqəmsal aktivlər əldə etmək mümkün olacaq.

FT qeyd edir ki, “JPMorgan Chase” və “Coinbase Global” arasında tərəfdaşlıq Tramp administrasiyası nəzdində ənənəvi banklar və kriptovalyuta şirkətləri arasında dərinləşən əlaqələri vurğulayır.

Nəşr xatırladır ki, Co Baydenin prezidentliyi dövründə kripto sənayesi liderləri bankları onlarla əməkdaşlıq etmək istəmədiklərinə görə tənqid ediblər.

“Coinbase” səhmləri “JPMorgan Chase” ilə əməkdaşlıq xəbərləri fonunda səhər ticarətində 3% bahalaşıb.

Seçilən
2
banker.az

1Mənbələr