AZ

Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür

Bakı, 31 iyul, AZƏRTAC

Bu gün Xalq artisti, Azərbaycan teatr və kino aktyoru Vaqif Əliyevin anadan olmasının 85-ci ili tamam olur.

AZƏRTAC xəbər verir ki, o, yaratdığı bənzərsiz obrazlar qalereyası ilə adını Azərbaycan teatr tarixinə yazdırıb.

Vaqif Əliyev 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1962-ci ildə M.Ə.Əliyev adına Teatr İnstitutuna daxil olub. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Vaqif Əliyev 33 il burada fasiləsiz aktyor kimi çalışaraq 100-dən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 2000-ci ildə Bakı Bələdiyyə Teatrında çalışıb. Filmlərə (“Ağ atlı oğlan”, “Yük”, “Biz qayıdacağıq”) çəkilib.

Vaqif Əliyev 1990-cı ildə respublikanın “Əməkdar artisti”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Azərbaycan teatr və kino aktyoru Vaqif Əliyev 2021-ci ildə vəfat edib.

Seçilən
18
azertag.az

1Mənbələr