AZ

“Bavariya”dan Müllerə jest

“Bavariya” sabiq hücumçusu Tomas Müller Münhen klubunun bazasında məşq etməyə icazə alıb.

Publika.az xəbər verir ki, bu barədə “Bild”in jurnalisti Yulian Aqardi məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı alman futbolçu MLS-ə yollanmamışdan əvvəl fiziki formasını bərpa etmək istəyir.

Qeyd edək ki, Müller karyerasını Kanadanın “Vankuver Uaytkəps” klubunda davam etdirəcək. O, “Bavariya”dan 2025-ci ilin yayında – klublararası dünya çempionatından sonra ayrılıb.

Seçilən
14
1
publika.az

2Mənbələr