AZ

“Qarabağ” qazandı, Azərbaycan Rusiyanı geridə qoydu

Azərbaycan UEFA-nın klublar reytinqində mövqeyini bir qədər yaxşılaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün “Şelburn”a(İrlandiya) qarşı keçirilən cavab matçındakı qələbəsi (1:0) sayəsində mümkün olub (ilk oyun 3:0).

Bu, uğur Azərbaycana daha 0,250 xal qazandırıb.

Nəticədə xal ehtiyatını 18,375-ə yüksəldən Azərbaycan Rusiyanı (18,299) geridə qoyaraq 29-cu yerdən 28-ci pilləyə qalxıb.

Azərbaycandan bir pillə öndə - 27-ci yerdə olan Ukraynanın 18,725 xalı var.

Ölkəmizin bu həftə xal ehtiyatını daha da artırmaq baxımından yaxşı imkanı var. İyulun 31-də UEFA Konfrans Liqasındakı 3 təmsilçimiz - "Zirə", "Sabah" və "Araz Naxçıvan" 2-ci mərhələdə cavab oyunlarına çıxacaqlar.

Seçilən
13
sportinfo.az

1Mənbələr