AZ

Toyuq əti, yoxsa mal əti?

Toyuq və mal əti tez-tez gündəlik rasionumuzda yer alır. Bəs bu iki ət növündən hansının həzmi daha asandır?

Yenisabah.az xəbər verir ki, mütəxəssislər bu sualın cavabını ətlərin tərkibi və orqanizmdəki həzm proseslərinə əsaslanaraq izah ediblər.

Araşdırmalara görə, toyuq əti mal ətinə nisbətən daha yüngül və az yağlıdır. Bu səbəbdən mədə tərəfindən daha tez həzm olunur. Həmçinin toyuq əti tərkibindəki zülal baxımından zəngin və bişirilməsi də daha asan olan qidadır. pizza hut

Digər tərəfdən, mal əti daha ağır və lifli quruluşa malikdir. Bu səbəbdən onun tam həzm olunması daha uzun vaxt alır. Əgər düzgün bişirilməzsə və ya həddindən artıq yağlı olarsa, həzm sistemində yüklənməyə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, həzm problemləri yaşayan insanlar üçün toyuq əti daha uyğun seçimdir. Eyni zamanda, istər mal, istərsə də toyuq əti istehlak edərkən bişirilmə üsulu və porsiya ölçülərinə diqqət yetirmək də vacibdir.

Qeyd olunur ki, hər iki ət növü də düzgün hazırlandıqda sağlam və zülal baxımından zəngin qidalar hesab olunur. Lakin fərdi orqanizm xüsusiyyətləri, yaş və sağlamlıq vəziyyəti nəzərə alınaraq seçim edilməlidir.

Rəvan Rzazadə

 


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr