AZ

Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə MÜRACİƏT

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti bildirir ki, havanın temperaturu 41 dərəcəselsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığınınqorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsasvəzifələrindən biridir.

Trendxəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətininişəgötürənlərə müraciətində qeyd edilib.

Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, qeyd edilən havaşəraitində açıq havada və sərinləşdirici qurğular olmayan işyerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

"İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələrverilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlartəşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilməlldir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiriüzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə ikihissəsindən az olmayaraq ödənilməlidir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtındaiş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrəbölünməklə iş rejimi tənzimlənə bilər",- deyə əlavə edilib.

Seçilən
20
49
az.trend.az

10Mənbələr