AZ

Müştəri Kapital Bankı razılığı olmadan kartı sığortalamaqda ittiham edir

Kapital Bank müştərisi Pərvanə Əsgərzadə bankı onun razılığı olmadan sığorta əməliyyatı aparmaqda ittiham edir.

AzPost bildirir ki, vətəndaşın sözlərinə görə, istifadəyə bağlı və heç bir borcu olmayan kartı bank tərəfindən özbaşına sığortalanıb və nəticədə 30 manat məbləğində borc yaranıb.

Pərvanə Əsgərzadə sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib: “Kapital Bank blokda olan və heç bir borcu olmayan kartımı özbaşına sığorta edib. Əgər təsadüfən yoxlamasaydım, faizlər yığılıb xəbərsiz borc yaranacaqdı. Sizə kim icazə verib mənim istəyim olmadan sığorta edirsiniz?”

Məsələ ilə bağlı Kapital Bank rəsmi cavab verərək bildirib ki, kart verildiyi zaman imzalanan müqaviləyə əsasən sığorta haqqı kart hesabından tutula bilər.

Lakin Pərvanə Əsgərzadə bankın izahını qəbul etmədiyini bildirib və qeyd edib: “Kart verilərkən sığortadan imtina etmişdim. Hətta əməkdaşlarınızın israrına baxmayaraq, bu xidməti qəbul etmədim. Deməli, müştərinin iradəsi nəzərə alınmır.”

Məlumat üçün qeyd edək ki, Azərbaycanda bank məhsullarına əlavə xidmətlərin, o cümlədən sığorta və SMS bildirişlərin yalnız müştərinin yazılı razılığı ilə aktivləşdirilməsi qanunla tənzimlənir.

AzPost.az

Seçilən
21
azpost.info

1Mənbələr