AZ

İsrail ordusu Qəzzanın şimalındakı missiyanı yekunlaşdırıb, 1500 obyekt sıradan çıxarılıb

“İsrail ordusunun 98-ci diviziyası operativ planlaşdırma fəaliyyəti və intensiv hərbi əməliyyatlar nəticəsində Qəzzanın şimalındakı missiyasını yekunlaşdırıb. İndi digər tapşırıqların icrasına hazırlıq işləri aparılır".

Bu barədə Israil ordusunun mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, bir neçə ay ərzinə diviziyanın hərbi birləşmələri Qəzzanın Xan-Yunis, Şecaya və Zeytun bölgələrində HAMAS silahlılarına aid infrastruktur və yeraltı silah anbarlarının sıradan çıxarılması üzrə planlı hərbi əməliyyatlar həyata keçirib:

“Nəticədə Qəzzanın şimal hissəsində terrorçulara aid 1500 infrastrutur obyekti sıradan çıxarılıb, aralarında ötən il, oktyabrın 7-də Qəzza sektorunun yaxınlığındakı yaşayış məntəqələrinə hücumda iştirak edənlər də olmaqla xeyli sayda silahlı isə zərərsizləşdirilib”.

Seçilən
21
2
herbiand.az

3Mənbələr