AZ

Azərbaycan 6 ayda elektrik enerjisi ixracından 39 milyon dollara yaxın gəlir əldə edib

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 38,6 milyon ABŞ dollarıdəyərində elektrik enerjisi ixrac edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbərverir.

Məlumata əsasən, bu, 2024-cü ilin ilk 6 ayındakı göstərici iləmüqayisədə 12,5 milyon dollar və ya 32,4% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 9,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aidmalların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları)birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci,pambıq (98,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr