AZ

Səməd Vəkilov yazır: “Yurd həsrətli şəhidimiz Elşən Süleymanov”  

Səməd Vəkilov yazır: “Yurd həsrətli şəhidimizElşən Süleymanov” 

Azərbaycan Respublikası Qeyri-HökümətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyədəstəyi ilə Müvəkkil Hüquq Mərkəzinin “Qərbiazərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı layihə çərçivəsində araşdırmalarımız doğmayurdlarından çıxarılmış ailələrin qəribə taleləri ilərastlaşırıq. Belə talelərdən biri də şəhid ElşənSüleymanovun taleyidir.

Süleymanov Elşən Ziyəddin oğlu 7 fevral 1973-cü ildə Salyan rayonu Yolüstü kəndində anadan olmuşdur.1980/1988-ci illərdə Yolüstü kənd tam orta məktəbindətəhsil almış həmin ili (1988-ci ildə) Salyan rayonu 104 nömrəli Peşə məktəbinə Mexanik ixtisası üzrə təhsilinidavam etdirmiş , 21 iyun 1991-ci ildə təhsilmüəssisəsindən mexaniklik üzrə diplomunu almışdır. 1992-ci ildə Salyan RHK-dan Bakı şəhərinə hərbixidmətə yollanmış, xidmətin bitirməsinə 3 ay qalmışkönüllü olaraq cəbhəyə yollanmışdır. 7 avqust 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkindüşmüşdür. İtkin düşdükdən 5 il sonra şəhidlik statusualmışdır.Bu şəhidimizin nisgilli taleyi haqqında qısarəsmi məlumatlardır. Şəhid Elşən Süleymanovundoğulub böyüdüyü ailənin taleyinə baxdıqda isə kədərvə qürurun bir yerdə ifadə olunduğu hissləri yaşamalıolursan. Atası Süleymanov Ziyəddin Abdulla oğlu1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalınınBöyük Vedi kəndində dünyaya gəlib. Anası Süleymanova Hava Cabbar qızı 1946-cı ildəDərələyəz mahalının Cul kəndində dünyaya gəlib.Hərikisi ailəsi ilə birlikdə türk düşməni İ.Stalinin qərarı ilə 1950-ci ildə öz doğma yurdlarından deportasiyaedilərək əvvəlcə Əli Bayramlıya oradan isə Salyanrayonuna köçməli olublar. 1968-ci ildə onlar ailəquraraq talelərini birləşdiriblər. Bu izdivacdan onların 4 qızları Cəvahir, Gülşən, Gülsarə, Gülüm adındaqızları, Elşən və Rövşən adlı oğlanları olub. Daimiyurd həsrəti ilə yaşayan süleymanovlar ailəsindəböyüyən Elşənin vətənpərvər ruhda böyüməsi təbii idi.O könüllü olaraq vətəni müdafiə etməyə getdi və birailənin oğlu olmaqdan xalqın oğluna çevrildi. Məhzbelə övladları hesabına  vətənəmiz qalibbiyəti yaşayabildi. Şəhidlər ölməz vətən bölünməz! Ruhun şad olsunşəhidim!    

 

Seçilən
3
2
qht.az

3Mənbələr