
Avstraliyada sosial mediadan istifadə ilə bağlı qlobal hadisə baş verib. Yeni tənzimləmə ilə “YouTube” rəsmi olaraq qadağan edilib. Üstəlik, 16 yaşdan kiçik uşaqların platformada hesab yaratmalarına da qadağa tətbiq olunub.
Reyting.az xəbər verir ki, qadağanın əsası uşaqların sosial media platformalarında zərərli məzmuna məruz qalmalarıdır.
Əvvəlki araşdırma nəticəsində məlum olub ki, avstraliyalı yeniyetmələrin 37 faizi “YouTube”-də zərərli məzmunla qarşılaşıb. Bu nisbət bütün sosial media platformaları arasında ən yüksəkdir.
Baş nazir Antoni Albanese deyib ki, rəqəmsal mühitdə uşaqları qorumaq lazımdır. O, sosial media şirkətlərinə məsuliyyətlərini xatırladıb.
Keçən il “YouTube” təhsildə geniş istifadə olunduğu üçün bu qadağadan azad edilib. Lakin “Facebook”, “Instagram”, “TikTok” və “Snapchat” kimi platformalar bu qərara etiraz ediblər. Şirkətlər, “YouTube”-nin istifadəçilərlə qarşılıqlı əlaqəni də təklifini və alqoritmlər vasitəsilə məzmun tövsiyə etdiyini bildirərək, bərabər şərait tələb ediblər. Bu hadisələrdən sonra hökumətin “YouTube”-yə istisna qərarı geri götürülüb.
Yeni qadağa ilə 16 yaşdan kiçik istifadəçilər artıq “YouTube”-də hesab aça bilməyəcəklər. Bununla belə, valideynlər və müəllimlər uşaqlara maarifləndirici videolar göstərmək üçün platformadan istifadəyə davam edə biləcəklər.
Avstraliyanın bu qərarı uşaqların internetdə məruz qaldığı riskləri azaltmaq məqsədi daşıyır və digər ölkələr üçün nümunə ola bilər.
V. QULİYEV