“Televiziyada yayımlanan Ukraynadakı münaqişənin görüntüləri, eləcə də ABŞ-ın birinci xanımı Melaniya Prezident Donald Trampın Rusiya ilə bağlı mövqeyinin dəyişməsinə təsir göstərib”.
Turkustan.az xəbər verir ki, bu barədə “The Independent” mənbələrə istinadən yazıb.
“O, babadır, ailə başçısıdır. Yaralı və ya ac uşaqların görüntüləri Trampı da bir insan kimi qəzəbləndirir. Ağ Ev rəhbərinə yaxın mənbə bildirib ki, onun həyat yoldaşının rolu da az deyil. Tramp özü etiraf edib ki, Melaniya onun Ukrayna və Fələstin-İsrail münaqişələri ilə bağlı qərarlarına təsir edib”, – deyə nəşr yazıb.
Qeyd edək ki, son zamanlar D.Tramp Rusiyanın hərəkətlərindən məyus olduğunu vurğulayır./Globalinfo.az