2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər Fondun büdcə xərclərini tam şəkildə qarşılamayıb.
Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-nin 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində qeyd olunub.