“Barselona” Konqo Demokratik Respublikası ilə “futbolun, idman mədəniyyətinin və sülhün irəliləyişi” məqsədli tərəfdaş müqaviləsi bağlayıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Müqavilə 4 illik müddətə – 2028/2029-cu illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Tərəfdaşlıq müqaviləsi çərçivəsində “Barselona”nın bütün peşəkar komandalarının məşq geyimlərində “R. D. Congo – Cœur d’Afrique” (Konqo Demokratik Respublikası – Afrikanın ürəyi) ifadəsi yer alacaq. Müvafiq ifadə Kataloniya klubunun bütün reklam tədbirlərində yer alacaq.
Yernilənmiş “Kam Nou” stadionunda bu məqsədlə “Konqo Demokratik Respublikası Evi”nin açılışı nəzərdə tutulub. Burada Konqo Demokratik Respublikasının mədəni müxtəlifliyi və idman ənənələri sərgilənəcək.