AZ

Dünya birjalarında qızıl və digər qiymətli metallar bahalaşıb

31 iyul 2025-ci il tarixində qiymətli metallar bazarında qiymət dəyişiklikləri müşahidə olunub.

Finss.az xəbər verir ki, dünya metallar bazarında qızıl, gümüş, platin və paladium qiymətlərində qarışıq istiqamətli dəyişikliklər qeydə alınıb.

Belə ki, qızılın qiyməti 0.6% artaraq $3,295.37/unsiya səviyyəsinə yüksəlib.

Gümüş də cüzi artım nümayiş etdirib – qiyməti 0.2% bahalaşaraq $37.21/unsiya təşkil edib.

Platin bazarda daha yüksək dinamika göstərib. Qiyməti 1.6% yüksələrək $1,333.45/unsiya olub.

Ən böyük artım isə paladium üzrə qeydə alınıb. Qiymət 3.1% bahalaşaraq $1,242.45/unsiya həddinə çatıb.

Seçilən
20
fins.az

1Mənbələr