AZ

Tramp seksual zorakılıqda ittiham olunan reperi əfv etmək istəyir

ABŞ prezidenti Donald Tramp reper Şon Kombsu (P. Diddy) əfv etməyi ciddi şəkildə nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə Deadline nəşri Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Tramp administrasiyası bildirib ki, 2025-ci ilin iyul ayının əvvəlində Kombs qismən seksual zorakılıqda təqsirli bilinəndən sonra, əfv məsələsi artıq prezidentin "növbəti zarafatı" deyil, konkret tədbirə çevrilib.

Deadline qeyd edir ki, Trampın qərarları tez-tez dəyişdiyindən, onun hansısa məsələ barədə açıqlaması yalnız sənədi imzaladığı anda rəsmiləşmiş hesab oluna bilər.

Məlumata görə, Ağ Evdə bu məsələ ilə bağlı rəsmi nümayəndələrə reperin vəkilləri deyil, onun yaxın ətrafı müraciət edib. Onlar həm şəxsi, həm də rəsmi görüşlərdə təsirli şəxslərlə danışıqlar aparıblar.

Bundan əlavə, iyulun 29-da məlum olub ki, Şon Kombs hökm elan edilənədək 50 milyon dollar girov qarşılığında sərbəst buraxılmağı xahiş edir. Musiqi maqnatı oktyabr ayında fahişəliklə bağlı cinayətlərə görə məhkum ediləcək. O, daha ağır ittiham olan insan alveri ilə bağlı isə bəraət alıb.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr