BAKI, 31 iyul. TELEQRAF
2024-cü ildə Dövlət Neft Fondunun investisiya portfelində Azərbaycanın istiqrazlarına yatırımlar 3 milyard 128 milyon 400 min ABŞ dolları azalıb.
Teleqraf xəbər verir ki, Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında rəydə məlumat verilib.
Bildirilib ki, Türkiyə depozitləri tamamilə sıfırlanıb.
Bununla yanaşı, Fondun Mərkəzi Bankında yerləşdirdiyi vəsaitlərin həcmi ilin sonuna 2 milyard ABŞ dolları təşkil edib. Ümumilikdə, alt portfelin ümumi həcmi il ərzində 4 milyard 132 milyon 800 min ABŞ dolları azalıb.
Borc öhdəlikləri və pul bazarları alt portfeli üzrə isə aşağı riskli aktivlərin payında azalma qeydə alınıb. Belə ki, AAA reytinqli aktivlərin həcmi ilin əvvəli ilə müqayisədə 5 milyarda 805 milyon 800 min ABŞ dolları azalıb. Əvəzində, daha aşağı reytinqə malik olan A və BBB kateqoriyalı aktivlərə maraq artıb — bu kateqoriyalar üzrə müvafiq olaraq 1 milyard 713 milyon 900 min və 957 milyon 200 min ABŞ dolları həcmində artım baş verib.