AZ

Rusiyadan Kiyevə dəhşətli hücum

Bu gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə irimiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində azı 6 nəfər həyatını itirib, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə məlumatı Kiyev Şəhər Hərbi Administrasiyası və mer Vitali Kliçko təsdiqləyib.

Qeyd olunur ki, Ukrayna ərazisinə 300-dən çox pilotsuz uçuş aparatı və 8 raketlə hücum edilib. Raketlərdən biri yaşayış binasına tuş gəlib və binanın giriş hissəsi tamamilə dağılıb. Digər ərazilərdə də yaşayış evlərinə, sənaye və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Hazırda paytaxtda bəzi yollar bağlıdır və ictimai nəqliyyat marşrutları dəyişdirilib.



Prezident Volodimir Zelenski baş verənləri şərh edərək bildirib:

“Bu gün dünya bir daha Amerikanın və Avropanın dəstəyi ilə atdığımız sülh addımlarına Rusiyanın cavabını gördü. Yeni nümayişkaranə qətllər. Demək, dünya gücsüz sülhə nail ola bilməz”.




Xəbər 2 dəfə oxunub.
Seçilən
8
xezernews.az

1Mənbələr