Yazını böyüt
Yazını kiçilt
Xızıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə iyulun 27-si saat 17:00-da Xızı-Giləzi avtomobil yolunun 27-ci km-də qeydə alınıb.
Rəfail Rza oğlu Bünyatovun idarə etdiyi 77-XT-034 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" markalı avtomobil Cəbrayıl Alışan oğlu Heydərovun idarə etdiyi 77-QY-823 dövlət nömrə nişanlı "Changan Qiyuan Q05" markalı avtomobillə toqquşub. Nəticədə R.Bünyatovun sərnişini, 1958-ci il təvəllüdlü Zərqələm Abas qızı Əsədova aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.