''Qalatasaray'' camiəsinin Viktor Osimhen ilə bağlı həsrəti nəhayət, başa çatdı.
2025-ci il 30 iyul tarixi ''Qalatasaray''ın Osimhenə, Osimhenin də ''Qalatasaray''a qovuşduğu tarix kimi xatırlanacaq. Türkiyə çempionu ''Napoli''nin bütün tələblərini yerinə yetirən kimi və təminat sənədi təqdim edən kimi nigeriyalı forvardın keçidi bitdi.
''Cim-Bom'' əvvəlcə sosial şəbəkədə üzərinə ''hazırıqmı'' yazılmışmaska videosu paylaşdı. Transferin bitməsini səbirsizliklə gözləyən Osimhen çərşənbə axşamı Almaniyaya yollanmışdı. Onu gətirməli olan xüsusi təyyarə dünən Osimheni Volfsburq hava limanından götürdü. Yerli vaxtla saat 19.05-dən etibarən klubun ''yutub'' kanalında və ''GS plus'' tətbiqində Osimheni getiren təyyarənin təqib yayını başladı. Bu yayını 2,1 milyon insan izlədi.
Daha sonra ''Ultraslan'' bütün fanatları hava limanına dəvət etdi. Yerli vaxtla saat 21.30-da isə Osimheni gətirən təyyarə ''Atatürk'' hava limanına eniş etdi. Gözlənildiyi kimi ünlü futbolçu minlərlə azarkeş tərəfindən böyük izdihamla qarşılandı. İlk açıqlamalarını verən ''evimdəyəm, olmaq istədiyim yer məhz bura idi. Yalnız ''Qalatasaray''. Bu ilin əvvəlindən ağlımda olan şey yalnız bu idi. Bu fanatlar ən yaxşısına layiqdi. Fikir verin, bu qədər insan hava limanına yalnız bir nəfəri qarşılamaq üçün gəlib. Hər kəsə təşəkkür edirəm. ''Qalatasaray'' üçün əlimdən gələni edəcəm'' deyən Osimhen fanatlarla ''üçlü çəkdirdikdən'' sonra növbəti dəfə qəlbləri fəth etdi.
O, maşınına əyləşmək istəyərkən onu qarşılamağa gələnlər arasında əlil arabasında bir uşağın olduğunu gördü. 26 yaşlı futbolçu maşına əyləşmədən öncə həmin azarkeş ilə şəkil çəkdirdi.
Qeyd edək ki, Osimhen bu gün tibbi müayinədən keçəcək. Avqustun 2-də isə ''Latsio'' ilə yoxlama matçından öncə həm onun, həm də almaniyalı ulduz Leroy Sane üçün imza mərasimi keçiriləcək.
Onu da bildirək ki, Türkiyə futbolu tarixinin açıq-ara fərqlə yeni transfer rekordu qeydə alınıb. Çünki ''Qalatasaray'' 75 milyon avro ödəyəcək. Bu məbləğin 40 milyonu nəğd, 35 milyonu 2026-cı ilin sonuna qədər ödəniləcək.
Bundan başqa müqavilədə 5 milyon avroya qədər bonuslar və sonrakı satışdan ''Napoli''yə çatacaq 10 faiz pay maddəsi də var. Osimhenin özünün illik maaşı isə 16 milyon avroya bərabər olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta