AZ

"Socar Polymer"in ixrac gəlirləri 12% artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında "Socar Polymer"in ixracgəlirləri 129 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayınaistinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə13,9 milyon ABŞ dolları və ya 12,1% çoxdur.

Belə ki, 2024-cü il yanvar-iyun aylarında "Socar Polymer"inixrac gəlirləri 115,1 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarındaiştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-ninMarketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Dahasonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALĞIC" MMC,"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC, "İstisu" mineral su zavodu MəhdudMəsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Seçilən
15
3
az.trend.az

6Mənbələr