Bakı. Trend:
Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosikletsürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digərhərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükəyaratdığı qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, təkcə cari ilinilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntularınəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23nəfər isə ağır xəsarət alıb.
Bildirilib ki, eyni zamanda onların törətdikləri qaydapozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkətiştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosikletsürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə,hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digərinsanların həyatını təhlükəyə atmamağa çağırır.