ABŞ Qida və Dərman İdarəsi (FDA) "Celsius" markalı bəzi enerji içkilərinin səhvən alkoqolla doldurulduğunu açıqlayaraq istehlakçılara xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, xəbərdarlıq "Astro Vibe Sparkling Blue Razz" adlı xüsusi seriyalı qutulara aiddir.
Rəsmi məlumatlara görə, ambalaj təchizatçısı boş "Celsius" qutularını səhvən araqlı seltzer içkisi istehsal edən "High Noon" şirkətinə göndərib.
Şirkət isə bu qutuları təsadüfən alkoqolla doldurub.
"High Noon" şirkəti eyni istehsal xəttindən çıxan bəzi "Beach Variety" paketlərini də geri çağırıb.
İndiyədək bu məhsullarla bağlı heç bir xəstəlik və ya mənfi sağlamlıq halı qeydə alınmayıb.