Myanma ordusu 2021-ci ildən qüvvədə olan fövqəladə vəziyyətin ləğv edildiyini elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu addım bu ilin dekabrında ölkədə keçirilməsi planlaşdırılan parlament seçkilərinə hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, Myanma ordusu 2021-ci il fevralın 1-də konstitusiyada ordunun əsas təminatçı kimi müəyyən edildiyi müddəaya əsaslanaraq mülki hökuməti devirmişdi. Hərbçilər 2020-ci ilin noyabrında keçirilən parlament seçkilərində Demokratiya Uğrunda Milli Liqanın xeyrinə geniş saxtakarlığa yol verildiyini iddia etmişdilər.
İnsan haqları təşkilatlarının məlumatına görə, ölkədə baş verən vətəndaş qarşıdurması nəticəsində 6 000-dən çox insan həyatını itirib. BMT isə bildirir ki, təxminən 2 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.