AZ

İrlandiya klubunun futbolçusu: “Qarabağ”a qarşı oynamaq çətin idi

Bakı, 31 iyul, AZƏRTAC

Bu atmosferdə oynamaq gözəl idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İrlandiyanın “Şelburn” komandasının futbolçusu Daniel Kelli UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” klubuna 0:1 hesabı ilə məğlub olduqları cavab oyunu barədə danışarkən deyib.

O, qarşılaşmanın çətin keçdiyini bildirib: “Amma biz yaxşı mübarizə apardıq. Xüsusilə ikinci hissədə qol epizodlarımız oldu. “Qarabağ” çox yaxşı komandadır. Onların Avropada böyük təcrübəsi var. Bu rəqibə qarşı oynamaq çox çətin idi”.

29 yaşlı irlandiyalı vinger Ağdam klubuna növbəti mərhələdə uğurlar arzulayıb: “Ümid edirəm ki, onlar üçün növbəti raund uğurlu olar. “Qarabağ”ın yaxşı azarkeşləri var. Stadiondakı dəstək əla idi”.

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
1
1
azertag.az

2Mənbələr