AZ

İran ABŞ-dan təzminat istəyir

ABŞ-la danışıqlardan əvvəl Vaşinqton İrana hücumlarda dəymiş ziyanla bağlı təzminat ödəməlidir.

Heftelik.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times”-a müsahibəsində deyib.

“Onlar bizə izah etməlidirlər ki, danışıqların ortasında bizə hücum etməklərinin səbəbi nədir? Onlar gələcək danışıqlarda bunu təkrar etməyəcəkləri ilə bağlı bizə qarantiya verməlidirlər”- İran XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı ABŞ İranın nüvə obyektlərinə aviazərbələr endirib.

İran tərəfi zərbələrin ciddi ziyana yol açdığını etiraf edib.

Seçilən
17
10
heftelik.az

10Mənbələr