AZ

Risk qrupunda olanlaraisti hava xəbərdarlığı


Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövsümi normadan yüksək temperatur xüsusilə risk qrupunda olan insanların sağlamlığında ciddi problemlər yarada bilər.

Medicina.az xəbər verir ki, isti havalarda orqanizmin susuzlaşması, qida zəhərlənməsi və ishal halları artır.

Bu şəraitdə hamilə qadınlar, körpələr, xroniki xəstəlikləri olan yaşlılar və immun sistemi zəif olan vətəndaşlar daha diqqətli olmalıdırlar.

Mütəxəssislərin fikrincə, vətəndaşlar xüsusilə günorta saatlarında açıq havada olmaqdan çəkinməlidirlər.

Çölə çıxmalı olanlar enli papaqlar, gün eynəkləri, açıq rəngli paltarlar geyinməli və günəş kremindən istifadə etməlidirlər.



Gündə 2,5-3 litrdən az olmayaraq bol su içmək vacibdir.

Çölə çıxmaqdan və həddindən artıq miqdarda turşu, yağlı və qızardılmış yeməklərdən çəkinin.


Mümkünsə, saxlama şəraiti məlum olan evdə hazırlanmış yeməkləri seçin. Çöldə satılan bəzi qidalardan, xüsusilə açıq havada xarab ola bilən çiy qidalardan uzaq durmaq lazımdır. Açıq yerdə satılan qidalardan çəkinin.

Aygün
Medicina.az


Seçilən
2
medicina.az

1Mənbələr