AZ

Ankara ilə bu məsələni həll edirik – Barak

ABŞ və Türkiyə iki ölkə arasında anlaşılmazlıq nəticəsində yaranan S-400 hava hücumundan müdafiə sistemi məsələsinin həllinə doğru irəliləyir.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barak deyib.

“Sözsüz ki, həllini tapacağıq. S-400 2017-ci ildə anlaşılmazlıq səbəbindən yaranan bir məsələdir. 10 il sonra özümüzü tamam başqa vəziyyətdə tapırıq və problemin həllinə doğru irəliləyirik. Bir vaxtlar siyasi çəkişmələrə çevrilən F-35, F-16 və S-400 problemlərinin həlli var. Xüsusilə indi, ticarət həcmimizi ildə 100 milyard dollara çatdırdığımız və NATO-nun yardım, məsləhət və dəstək üçün getdikcə daha çox Türkiyəyə müraciət etdiyi bir vaxtda”, - o bildirib./axar.az

Seçilən
95
2
turkustan.az

10Mənbələr