AZ

Xalq Ulu Öndəri hər zaman sevgi və ehtiramla yad edir » AzadMedia.az


Əli Məmmədov

Tarixdə çox nadir hallarda uğurlu siyasətçilər olur. Çox nadir hallarda müdrik uzaqgörən dövlətçilik ənənələrini formalaşdırıb yaşadan liderlərə rast gəlinir. Azərbaycan xalqının taleyində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Onun siyasi fəaliyyəti həm Sovet dövrünü, həm də müstəqil Azərbaycanın ilk illərini əhatə edir.

Heydər Əliyev Azərbaycan tarixində və postsovet məkanında ən önəmli siyasi fiqurlardan biri hesab olunur. Onun siyasi fəaliyyəti həm Sovet dövrünü, həm də müstəqil Azərbaycan Respublikasının ilk illərini əhatə edir.Peşəkar və ağıllı siyasətci olan Heydər Əliyev uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışmış, KQB-nin (Sovet İttifaqının təhlükəsizlik xidməti) general rütbəsinə qədər yüksəlmişdi. Bu illər ona həm siyasi çevikliyi, həm də sistemli idarəetmə bacarığı qazandırmışdı.
Müstəqil Azərbaycanın lideri olaraq 1993-cü ildə ölkədəki siyasi böhran fonunda xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Bu sıradan qayıdış deyildi. Ulu Öndər xalqın xilaskarı idi.
O, ikinci dəfə hakimiyyətə gələndə dövlət quruculuğu və sabitliyin bərpası üçün ciddi addımlar atdı. Neft strategiyasını həyata keçirdi. Əsrin müqaviləsi imzalandı.
Xarici siyasətdə balanslısiyasət yürütdü.
Heydər Əliyev hər zaman hadisələrə emosional deyil, realist yanaşıb. O, hər zaman milli maraqları qoruyub.

Heydər Əliyev həm də güclü mərkəzləşdirilmiş hakimiyyət qurdu. Onun fəaliyyəti və rəhbərliyi dövründə Azərbaycanda siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və iqtisadi islahatların həyata keçirilməsi sahəsində bir sıra addımlar atılıb. O hakimiyyətə gələndən sonra ölkədəki siyasi və iqtisadi böhranın aradan qaldırılmasıı təmin etdi. O hər zaman nun xalqla ünsiyyətdə olub.
Xalq Ulu Öndəri hər zaman sevgi və ehtiramla yad edir.
Seçilən
24
1
azadmedia.az

2Mənbələr