AZ

Rusiya Kiyevi bombaladı: Ölənlər və yaralananlar var

İyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində biri azyaşlı uşaq olmaqla 6 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram”da məlumat verib.

"Hazırda xidmətlər 6 nəfərin öldüyünü təsdiqləyir. Onlardan 4-ü Svyatoşinski rayonunda, 2-si Solomenskidədir. Ölənlər arasında altı yaşlı uşaq da var", - Tkaçenko bildirib.

O əlavə edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Seçilən
13
publika.az

1Mənbələr