AZ

Kuril adalarında güclü zəlzələ baş verib

Kuril adalarında 6,5 bal gücündə zəlzələ baş verib.

Editor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında verilən məlumatda deyilir.

Yeraltı təkanlar yerli vaxtla saat 16:27-də qeydə alınıb.

İyulun 30-da səhər Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət yerli vaxtla təxminən 11:30-da (Moskva vaxtı ilə 2:30) baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 161 km, mənbəyi isə 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələ idi. Ardınca hündürlüyü 4 metrə çatan sunami dalğaları gəldi.

Həmin gün Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, Kuril adalarında üçüncü sunami dalğası ən güclü olub, limanı və balıq emalı zavodunu su basıb, lakin xəsarət alan olmayıb. Regional prezident elektrik şəbəkələrinin zədələnə biləcəyi barədə xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr