Redaksiyamıza daxil olan məlumata görə, tanınmış müğənni Roza Zərgərlinin himayəyə götürdüyü oğlu, aktyor Corc Qafarov ictimai nəqliyyatda görüntülənib.
Yenisabah.az xəbər verir ki, aktyor axşam saat 19:00 radələrində Yasamal istiqamətində hərəkət edən 17 nömrəli sərnişin avtobusunda görünüb.
Sərnişinlər arasında tanınan Corcun avtobusla hərəkət etməsi bəzilərinin marağına səbəb olub. pizza
Aktyor bir müddət əvvəl şəxsi “İnstagram” hesabında “Chevrolet" markasının premium modellərindən biri olan “Camaro”nu paylaşmışdı. Elan saytlarında “Chevrolet Camaro”nun qiymətləri isə xeyli yüksəkdir. Ölkəmizdə olduqca məhdud sayda olan bu avtomobilin qiymətləri buraxılış ilinə və probeqinə görə dəyişir. Nümunə üçün qeyd etsək, buraxılış ili 2011-ci olan “Camaro” 26 min manata, 2016-ci il 36 min manata, 2021-ci isə 42 min manata təklif olunur.
Xatırladaq ki, Roza Zərgərli daha əvvəl verdiyi açıqlamalarda himayəsinə götürdüyü oğullar haqqında danışarkən bildirmişdi:
“Artıq himayəmə götürdüyüm oğullarımın yanında mənim adımı yazmayın”.
Aydan Hacı
Telegram kanalımız