Kuril adalarının şərqində 6,7 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən (Rusiya) 388 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Xatırladaq ki, iyulun 29-u Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb. Sunami təhlükəsi elan edilib.