AZ

Tramp Hindistan və Rusiyanın iqtisadiyyatını “ölü” adlandırıb

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Hindistan və Rusiya arasında iqtisadi əməkdaşlıqla bağlı sərt açıqlama verib.

TurkicWorld xəbər verir ki, sosial media hesabında paylaşım edən Tramp hər iki ölkənin iqtisadiyyatını “ölü” adlandıraraq, bu əməkdaşlığın onu maraqlandırmadığını bildirib.

“Mənə Hindistanın Rusiya ilə nə etdiyi maraqlı deyil. Onlar birlikdə öz ölü iqtisadiyyatlarını məhv edə bilərlər, bu, məni maraqlandırmır. Biz Hindistanla çox az ticarət edirik, onların tarifləri dünyanın ən yüksək tariflərindəndir. Eyni ilə Rusiya ilə də demək olar ki, ticarətimiz yoxdur” – deyə Tramp bildirib.

Tramp, həmçinin Hindistanın iqtisadi siyasətini tənqid edərək, bu ölkənin “çox yüksək tariflər və çətin ticarət maneələri” tətbiq etdiyini vurğulayıb.

Trampın açıqlaması, Hindistan və Rusiya arasında enerji əməkdaşlığına dair Qərbdə səslənən narahatlıqlar fonunda verilib.

Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Böyük Britaniyadakı səfiri Vikrama Dorausvami bildirmişdi ki, Nyu Dehli Rusiya neftindən imtina etməyəcək və enerji siyasətində milli maraqlara əsaslanacaq.

Seçilən
14
turkic.world

1Mənbələr